Keniyanın paytaxtında partlayış olub

Keniyanın paytaxtı Nayrobidə avtobus dayanacağında partlayış olub. Son məlumatlara görə, partlayış nəticəsində 3 nəfər ölüb, 20 nəfərdən çox adam yaralanıb.

Məlumatlara görə, ölənlərdən birinin əlində partlayıcı olan çanta olubmuş. Ölənlərdən çoxunun Uqanda vətəndaşları olduğu bildirilir.