Yuliya Timoşenkoya cinayət işi açıldı

Ukraynanın Baş prokuroru keçmiş Baş nazir Yuliya Timoşenkoya qarşı hakimyyətdə olduğu zaman vəzifədən sui-istifadə ittihamı ilə cinayət işi açıldığını bildirir. Prokurorluq keçmiş Baş naziri dövlət büdcəsinin 280 milyon dollar pulunu düzgün xərcləməməkdə ittiham edir.

Dekabrın 20-də ifadə vermək üçün Baş prokurorluğa çağırılan Timoşenko istintaq dövründə Kiyevi tərk etməmək şərti ilə azad edilib. Prokurorluqdan çıxarkən Timoşenko jurnalistlərə bildirib ki, o, dövlət büdcəsində ətraf mühitin mühafizəsi üçün nəzərdə tutulan pulların kəskin ehtiyac yarandığı üçün pensiya borclarına ödənilməsi barədə göstəriş verib.