Meksikada neft kəmərindəki partlayışda 28 adam ölüb

Meksikada San Martin Texmelucan şəhərindəki neft kəmərində partlayış olub. 28 adam ölüb, 50 nəfər yaralanıb. Ərazidəki 30-dan artıq ev uçub.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, ölənlərdən 13-ü uşaqdır.

Partlayış bazar günü səhər dövlət şirkəti olan “Pemex”-ə aid boru xətti üzərində baş verib.