Çinin baş naziri Pakistana səfərini başa vurub

Çinin baş naziri Ven Tsyabo Pakistanı Çinin strateji tərəfdaşı adlandırıb.

Pakistana 3 günlük səfərini başa vuran baş nazir bu gün ölkə parlamentində çıxışı olub.

O hər iki ölkənin strateji əlaqələri genişləndirmək fikrində olduqlarını bildirib.

Veb Tsyabo həmçinin terrorçuluqla mübarizədə İslamabadın səylərini yüksək qiymətləndirib.

Onun İslamabada səfəri zamanı tərəflər arasında təxminən 35 milyard dollarlıq ticarət razılaşmaları imzalanıb.