Qüdsdə amerikalı turist öldürülüb

Qüdsün yaxınlığında amerikalı turistin cəsədi tapılıb.

Bu barədə İsrail polisi xəbər verir.

Onun əl-qolu bağlı və çoxsaylı bıçaq yarasıyla ətrafdan tapılmış 46 yaşlı rəfiqəsi Syuzən
Key Vilson deyir ki, onlar meşədə gəzərkən 2 ərəb onlara hücum edib.

Əslən Britaniyadan olan sağ qalmış qadın xəstəxanaya götürülüb.
Həkimlər onun səhətinin sabit olduğunu deyirlər.