İraqda 3 siyasətçinin seçkidə iştirakına qoyulmuş qadağa götürülüb

İraq parlamenti keçmiş dikdator Səddam Hüseyinin Bəəs partiyası ilə əlbir olmaqda şübhəli bilinən 3 sünni siyasətçinin seçkilərdə iştirakına qoyulmuş qadağanı aradan qaldırıb.

Bu siyasətçilərdən biri, daima baş nazir Nuri əl Malikini tənqid edən Saleh əl Mütləqin yeni hökumətə cəlb olunacağı gözlənilir.