Avropa Komissiyasının prezidenti Azərbaycana gələcək

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri gözlənilir.

Bu barədə APA agentliyi Avropa Komissiyasına istinadla xəbər verir.

Səfər yanvarın 13-14-nə nəzərdə tutulub.

Joze Manuel Barrozo səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev və digər ölkə rəsmiləri ilə görüşəcək.

Danışıqlar zamanı əsasən enerketika sahəsində əməkdaşlıq məsələsi müzakirə olunacaq.