Rusiyanın başqa şəhərlərində də xeyli gənc saxlanıb

Sankt-Peterburqda da ketləvi hərc-mərclik salmaq istəyən bir qrup gənc saxlanıb.

60-a yaxın gəncin saxlandığı, onlardan soyuq və isti silahlar götürüldüyü xəbər verilir.

Bundan əvvəl İnternet saytlarında şəhərdə yerli millətçilərlə qafqazlılar arasında mümkün toqquşmalar barədə məlumatlar yayılıb.

Həmçinin Samaranın mərkəzində polis yüzlərlə gənci saxlayıb.