Məzahir Pənahov Belarusda seçkiləri müşahidə edəcək

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minskdə səfərdə olacaq. Səfərdə məqsəd 19 dekabrda Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.

MSK-nın mətbuat xidməti bildirir ki, Məzahir Pənahov Belarusun MSK sədri və digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.