Hollandiya polisi ölkə sularında hərəkət edən Rusiyanın yük gəmisinin kapitanını sərxoşluğa görə həbs edib. Polisin sözçüsü dekabrın 14-də kapitanın qanında yol veriləndən dörd dəfə çox spirt aşkar edildiyini bildirib.
Sankt-Peterburqda doğilmuş 41 yaşlı kapitanın gəmisi Belçikadan Britaniyaya yük daşıyırmış. Polis kapitanın 48 saat həbsdə qalacağını bildirib. Həmin müddətdə gəmi də Hollandiya sularında gözləyəcək.