Çernobl ərazisi turizmə açılır

Ukrayna hökuməti Çernobl qəzasından dağılmış ərazinin bir hissəsini 2011-ci ildə turist səfərlərinə açıq elan etməyə hazırlaşır. Fövqəladə Hallar Nazirliyinin sözçüsü bildirib ki, hazırda onlar qəzaya uğramış zavodun yaxın ətrafında sağlamlığa ziyan verməyən yerləri müəyyən edirlər. Bu iş tamamalandıqadan sonra həmin ərazilərə turist səfərləri təşkil ediləcək.

1986-cı ildə Çernobl Atom Elektrik Stansiyasının 4 saylı reaktorunda baş verən partlayışdan sonra Ukrayna, Belorus, Rusiya və Avropanın bir hissəsi radiasiya ilə çirklənmişdi.