Kosovonun baş naziri seçkilərdə qələbə çalıb

Kosovonun baş naziri Hashim Thaci rəhbərlik etdiyi Demokrat Partiyasının bazar günü keçirilmiş parlament seçkilərində qalib gəldiyini bəyan edib.

Ekzit-pollun nəticələrinə görə, Thaci səslərin 31 faizini qazanıb. Onun əsas rəqibi – Priştinanın meri İsa Mustafanın başçılıq etdiyi Demokratik Liqa 25 faiz səs toplayıb.

Seçkilərin ilkin rəsmi nəticələrinin bu gün elan ediləcəyi gözlənilir.

Bu, Kosovonun 2008-ci ilin fevralında müstəqilliyini elan etməsindən bu yana keçirdiyi ilk seçkidir. Ölkədəki serb milli azlığı səsverməni boykot edib.