2010-cu il fotolarda

Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin üç görüşü oldu

25 yanvar - Soçidə D.Medvedevlə S.Sarkisyanın məsləhətləşməsi

Prezidentlərin Sankt-Pterburq görüşündən sonra atəşkəs geniş miqyasda pozuldu, M.İbrahimov həlak oldu

Noyabrın əvvəlində prezidentlərin Həştərxana razılaşması icra olundu. - Azərbaycan 2 Ermənistan vətəndaşının cəsədini verib, bir mülki vətəndaşını və iki əsgərinin meyidini aldı. Onların arasında iyun ayında atəşkəsin pozulması zamanı həlak olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Mübariz İbrahimov və Fərid Əhmədovun da cəsədələri vardı. Bir necə ay erməni tərəfdən qalmış əsgərlərin cəsədləri öz ölkələrində təntənəli şəkildə dəfn edildi.

5 mart - «The Washington Post» Dubayda üç Əliyevin 75 milyon dollarlıq mülkləri haqqında yazdı

Qəzetin iddiasına görə mülklərin sahibləri prezident İlham Əliyevin üç uşağının adı və yaşı ilə eyni olan adamlardır

Qəzetin yazdı ki, mülklərin bir hissəsinin sahibi yaşı və adı prezidentin oğlu ilə eyni olan 11 yaşlı Heydər Əliyevdir.

«The Washington Post» qəzetinin bəhs etdiyi villalar

«The Washington Post» qəzetinin bəhs etdiyi villalar

«The Washington Post» qəzetinin bəhs etdiyi villalar

17 mart - prezidentin əfv sərəncamıyla 62 məhbus, o cümlədən də “Azadlıq” qəzetinin baş redaktoru Q. Zahid azad edildi - Qənimət Zahid 2007-ci ildə həbs edilmişdi. Onu xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum etmişdilər. Amma insan haqları fəalları müxalifət qəzetinə rəhbərlik edən Qənimət Zahid haqqında ittihamların əsassız olduğunu deyirdilər.

Qənimət Zahid azadlığa çıxan gün

22 aprel - Avropa İnsan Haqları Məhkəməsi jurnalist Eynulla Fətullayevin dərhal azad edilməsi barədə qərar çıxardı

Avropa Məhkəməsinin qərarı ilə 2007-ci ildə 8.5 il azadlıqdan məhrum edilməsi barədə ittihamların çoxu ləğv edildi,

Amma Eynulla yenə həbsdə qaldı, onu paltarından narkotik maddə tapılması ittihamı ilə azadlıqdan məhrum etdilər.

Mayın ilk günlərindən Kür və Araz çaylarının bəndləri dağıtması bir neçə rayonu əhatə edən sel fəlakəti yaratdı.

Rəsmi məlumata görə insan tələfatı olmayıb.

Hökumət fəlakətdən ziyan çəkənlərə 300 milyon manat yardım ayırdığını bildirir.

24 iyun- sel qurbanlarının yardımlarınmənimsənməsi iddiası ilə Sabirabad rayonunda etiraz aksiyası - Yardımları yerli məmurların mənimsəməsi ittihamı ilə bir neçə dəfə rayonlarda və Prezident Administrasiyasının qarşısında etiraz aksiyaları keçirildi.

20 iyul - sel qurbanlarının yardımların mənimsənməsi iddiası ilə Prezident Administrasiyası qarşısında etiraz aksiyası - Yardımları yerli məmurların mənimsəməsi ittihamı ilə bir neçə dəfə rayonlarda və Prezident Administrasiyasının qarşısında etiraz aksiyaları keçirildi.

May - Azərbaycan təmsilçisi Səfurə Əlizadə «Eurovision 2010»da 5-ci oldu.

Mətbuatda Bakının bu yarışına 10 milyon manata qədər pul xərclədiyi barədə iddialar səslənirdi

... amma təşkilatçılar Azərbaycanın «Eurovision 2010» xərcinin 1 milyon 560 min manat olduğunu elan etdilər.

4 iyul - ABŞ Dövlət Katibi Hillari Klinton Azərbaycana səfərə gəldi.

Dövlət Katibi Bakıda bir qrup gənc fəallarla görüşdü.

14 iyul - AXCP və Musavat rəhbərləri Əli Kərimli və İsa Qəmbər partiyalarının birləşməsi barədə danışıqlara başladılar

1 sentyabr - on milyonlarla manat pula başa gələn dövlət bayrağı meydanı açıldı

Azərbaycanın dövlət bayrağı 162 m. hündürlükdə dirəyə qaldırldı.

Amma külək sərt olduğundan bayraq bir neçə dəfə çıxırdı, indi də külək güclü olanda bayraq endirilir

6 sentyabr - AXCP və Musavat partiyaları parlament seçkisində blok kimi iştirak etməyə razılaşdılar.

21 sentyabr- ABŞ Senatının Xarici Əlaqələr Komitəsində M. Brayzanın Azərbaycana səfiri vəzifəsinə namizədliyi keçdi. - Amma dərhal sonra senatorlar Barbara Bokser və Robert Menendez öz səlahiyyətlərindən istifadə edərək onun təyinatına qadağa qoyublar.

Metyu Brayzanın Zeyno Baranla toy mərasimi 23 avqust 2007. - Senatda erməni lobbisinin maraqlarını müdafiə edən senatorlar Brayzanı Türkiyə əslli Zeyno Baranla evləndiyi üçün Bakı və Ankaraya yaxınlıqda ittiham edirlər.

Son bir neçə ildə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi boşdur. Prezident Obama səfir vəzifəsinə Qarabağ danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupunda ABŞ-dan olan həmsədr kimi çalışmış Metyu Brayzanın namizədliyini irəli sürüb.

24 sentyabr - New Yorkda ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü.

25 sentyabr - AXCP öz qurultayında Musavat partiyası ilə birləşmə qərarı təsdiqlədi

Musavat partiyasının başqanı İsa Qəmbər və Xalq PArtiyasının rəhbəri Pənah Hüseyn AXCP-nin qurultayında

12 oktyabr - Bakıda Azərbaycanın futbol yığması Türkiyə yığmasını 1-0 hesabı ilə məğlub etdi.

Ilk iki turu səfərdə keçirən və qapısından 9 top buraxan Azərbaycan futbolçuları ilk xalqlarını Türkiyədən aldı.

Türkiyə ikinci məğlubiyyətini alaraq, qrupda vəziyyətini daha da ağırlaşdırdı.

7 noyabr - parlament seçkisi keçirildi

Rəsmi nəticələrə görə YAP əvvəlkindən də çox - 71 mandat aldı, müxalifətin AXCP-Musavat bloku bir mandat da qazanmadı

Parlament seçkisi üçün imza toplama kampaniyası

İTV-də parlament seçkisi üçün namizədlərə 4 dəq. vaxt verildi

MSK Sədri Məzahir Pənahov parlament seçkisinin yekun protokolunu imzalayır

8- noyabr - AXCP-Musavat bloku və başqa müxalif namizədlər seçkinin saxtalaşdırldığını deyərək nəticələri tanımadılar

8 noyabr - Avropalı müşahidəçilər yaxşı təşkil edilsə də bunun "demokratiyaya kömək edən seçki olmadığını" bildirdilər

18 noyabr - bloqqer Adnan Hacızadə azad edildi - Onu keçən il xuliqanlıq ittihamı ilə iki il və iki il yarım müddətinə azadlıqdan məhrum etmişdilər. Amma insan haqları fəalları bloqqerlərin əslində internetdə hakimiyyəti tənqid edən fəaliyyətlərinə görə əsassız ittihamla həbs edildiklərini deyirdilər.

19 noyabr bloqqer Emin Milli azad edildi - Onu keçən il xuliqanlıq ittihamı ilə iki il və iki il yarım müddətinə azadlıqdan məhrum etmişdilər. Amma insan haqları fəalları bloqqerlərin əslində internetdə hakimiyyəti tənqid edən fəaliyyətlərinə görə əsassız ittihamla həbs edildiklərini deyirdilər.

24 noyabr - Azərbaycan Xəzərdə “Ümid” adlı yeni yataqda iri həcmdə qaz aşkar edildiyini bildirdi. - Rəsmilər yataqda ən azı 200 milyard kubmetr qaz ehtiyatı olduğu deyirlər. Bundan əvvəl tapılan Şahdəniz yatağı ilə birlikdə “Ümid” yatağı Azərbaycanı neftdən başqa həm də qaz ölkəsinə çevirir.