İraqda törədilmiş partlayışda azı 7 adam ölüb

İraqda intiharçının maşını partlatması nəticəsində azı 7 adam ölüb, 9 nəfərsə yaralanıb.

Hücum Ramadi şəhərində, yerli hakimiyyət orqanlarının yerləşdiyi binanın ətrafında törədilib.

Ölənlərin çoxu polisdir.

Ramadi şəhəri ölkə paytaxtı Bağdadın 115 kilometrliyində yerləşir.