İki partlayışda 14 nəfər yaralanıb

Əfqanıstanın Qəndəhar əyalətində polis məntəqəsinin partladılması nəticəsində 6 nəfər yaralanıb.

Yerli hakimiyyət onlardan 4-nün polis, ikisinin isə mülki şəxslər olduğunu xəbər verir.

Kunduz əyalətində isə intiharçının minalanmış maşını partlatması nəticəsində 5 yerli hərbçi və 3 milki sakin yaralanıb.

Teror aktı bundan əvvəl qaçırılmış polis maşını ilə hərbi bazanın ətrafında törədilib.

Dünən Helmand əyalətində avtobusun minaya düşməsi nəticəsində isə 15 dinc sakin ölüb.