Nazirlər görüşdü

Dekabrın 9-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov AzadlıqRadiosuna bildirib ki, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdiriblər.

Üçtərəfli görüş Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində gerçəkləşib.