Fələstin muxtar əraziləri ABŞ-ın addımından təssüflənib

Fələstin muxtar əraziləri Birləşmiş Ştatların, İsrailin işğal edilmiş fələstin ərazilərində tikinti işlərini dasyandırmasına yönəlmiş cəhdlərini dayandırmasından təssüf bildirib.

Fələstin hökumətinin sözçüsü Hassan Xatib tikinti işlərinin dayandırılmasının birbaşa İsrail-Fələstin danışıqlarının bərpasında əsas şərt olduğunu deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli bundan əvvəl Vainqtonun bu yöndə səylərini dayandırdığını bəyan eləmişdi.

İsrail-Fələstin danışıqları bu ilin sentyabrında bərpa olunsa da, bu məsələ prosesi yenidən əngəllədi.