Partlayışda ölənlərin sayı azı 15-ə çatıb

Pakistanda Koxat şəhəri yaxınlığında partlayışda ölənlərin sayı azı 15-ə çatıb. 25 nəfər yaralanıb.

Partlayış avtobus dayanacağında, bazara yaxın ərazidə olub.

Yerli hakimiyyət orqanları bildirib ki, partlayışı intiharçı törədib.