Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə gedir

Dekabrın 8-də xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə gedir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun verdiyi məlumata görə, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının dekabrın 9-da keçiriləcək iclasında iştirak etməkdir.

Şuranın iclasında 18 məsələ müzakirə olunacaq.

Nazirlər dekabrın 10-da Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına müzakirə olunacaq məsələlərə baxacaqlar.

Qeyd olunan sənədlər iqtisadi və humanitar sahələrdə inteqrasiya proseslərinin aktivləşməsi, təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığa həsr olunub.