Julian Assange tutuldu

Wikileaks”-ın təsisçisi Julian Assange Londonda polis tərəfindən saxlanıb. Bu barədə BBC məlumat yayıb.

39 yaşlı Avstraliyalı Assange İsveçdə iki qadına qarşı seksual təcavüzdə günahlandırılır.
Onun vəkili Mark Stephens İsveç prokurorluğunu tənqid edib.

Skotland Yard deyir ki, cənab Assange polis bölməsindəki Avropa Həbs orderi əsasında saxlanıb. O, Vestminster Şəhər Hakimləri Məhkəməsinə çıxmağa hazırlaşır.

Julian Assange İsveç hüquq-mühafizə orqanları tərəfindən seksual təcavüzdə ittiham edilir.