Baytarlıq Xidməti: “Azərbaycanda quş qripi yoxdur”

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki, ölkədə quş qripi xəstəliyinin aşkarlanması ilə bağlı yayılan məlumatlar həqiqətləri əks etdirmir.

“Kimlərinsə quş qripinin aşkarlanması ilə bağlı məlumatlarına insanların inanması düzgün deyil. Azərbaycanda quş qripi xəstəliyi aşkarlanmayıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirinin müavini müsahibəsində Dövlət Baytarlıq Xidmətindən Nazirliyə virusun H5 hissəsinin aşkarlandığını və N1 hissəsinin laborator analizinin aparıldığını bildirib. Yolçu Xanvəli deyir ki, Baytarlıq Xidmətindən belə bir məlumat yayılmayıb.

Dekabrın 3-də Səhiyyə Nazirinin müavini Elsevər Ağayev APA-ya məlumat verib ki, Azərbaycanda quş qripi virusu aşkarlanıb.