ABŞ prezidenti çinli həmkarına zəng edərək Şimali Koreyanı müzakirə edib

Ağ Evdən verilən məlumata görə prezident Barak Obama Çinin prezidenti Hu Jintaoya zəng edərək Koreya yarımadasında vəziyyəti müzakirə edib. Telefon söhbəti bazar günü axşam olub. Rəsmi məlumata görə Obama çinli həmkarını Şimali Koreyaya təxribatların yolverilməz olduğunu çatdırmağa çağırıb.

Noyabrın 23-də Şimali Koreyanın Cənubi Koreya ərzilərini top atəşinə tutumasından sonra Koreya yarımadasında vəziyyət gərginləşib. Həmin hadisədə dörd nəfər həlak olub.

Cənubi Koreya dekabrın 6-da geniş hərbi təlimlərə başlayıb. Şimal isə bu təlimlərin vəziyyəti daha da gərginləşdirdiyi haqqında xəbərdarlıq edib.

Bölgədə yaranan vəziyyəti dekabrın 6-da Vaşinqtonda Dövlət Katibi Hillari Klinton da Cənubi Koreya və Yaponiyanın Xarici İşlər nazirləri ilə müzakirə edəcək.