Misir müxalifəti seçkini baykot edir

Misir müxalifəti parlament seçkilərinin bu gün keçirilən ikinci mərhələsini baykot edir.

Seçkinin birinci mərhələsində prezident Hüsnü Mübarəkin hakim Milli-demokrat partiyasından 200-dən çox deputat seçilib.

Amma iri müxalifət hərəkatı olan “Müsəlman qardaşlığı” təşkilatının dəstəklədiyi namizədlərdən bir nəfər də olsun parlamentə düşə bilməyib.

Müxalifət hakimiyyəti nəticələri saxtalaşdırmaqda ittiham edir.