Bağdadda törədilmiş partlayışlarda 17 adam ölüb

İraqın paytaxtı Bağdadda törədilmiş partlayışlarda 17 nəfər ölüb, 100-dən artıq adam isə yaralanıb.

Ölənlərin arasında bir neçə iranlı zəvvar da var.

Dindarların toplaşdığı Musa əl Kadim məsçidinin ətrafında törədilmiş iki partlayışda azı 8 adam ölüb.

Bir saat sonra şiə məhəlləsindəki bazarda törədilmiş terror aktında isə 6 nəfər ölüb.

Başqa bir partlayışda isə 2 nəfər ölüb.