“Bakıelektrikşəbəkə” borclulara xəbərdarlıq etdi

“Bakıelektrikşəbəkə” ASC borclu abonentlərə xəbərdarlıq edib. Borc ödənilməsə, onların enerji təchizatı dekabrın 7-dən dayandırılacaq.

“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzadlıqRadiosuna deyib ki, borcunu ödəməyən abonentlərə heç bir güzəşt olunmayacaq və borc ödənilməyənə qədər enerji verilişi bərpa edilməyəcək.