Şaxtalı hava Polşada azı 8 adamın ölümünə səbəb olub

Bir çox Avropa ölkələrində qar və şaxtalı hava adamların ölümünə səbəb olub, nəqliyyatın hərəkətinə əngəllər törədib.

Polşada şaxtadan azı 8 adam ölüb. Bu ölkədə 20 dərəcə şaxta var. Ölüm halları Almaniya, Avstraliya və Böyük Britaniyada da qeydə alınıb.

Güclü qarın yağması Almaniyada dəmiryol xətlərində, Hollandiyada isə avtomobil yollarında problemlər yaradıb.