Koalisiya qüvvələrinin iki hərbçisi həlak olub

Əfqanıstanda partlayış nəticəsində koalisiya qüvvələrinin iki hərbçisi həlak olub.

NATO komandanlığı xəbəri təsdiqləsə də, həlak olanların vətəndaşlığı və partlayışın təfərrüatı haqqında məlumat verməyib.