Roma Papası iraqlı xristianlarla görüşüb

Roma Papası XVI Benedikt oktyabrın 31-də Bağdaddakı katolik kilsəsinə edilmiş hücum zamanı xəsarət almış 26 xristianla görüşüb.

Onlar hazırda İtaliyada müalicədədirlər.

Görüş barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, həmin hücum nəticəsində 68 adam ölüb.