İnterpol WikiLeaks saytının qurucusunu axtarır

İnterpol WikiLeaks saytının qurucusu Julian Assanj haqqında beynəlxalq axtarış elan edib. Bundan əvvəl isə İsveç məhkəməsi onu beynəlxalq axtarışa vermişdi.

Assanjın yeri məlum deyil.

WikiLeaks-in noyabrın 28-də yaydığı və dünya mediasının gündəmindən düşməyən məlumatlarında ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi gizli məktublar olduğu iddia edilən sənədlərdən bəhs olunur.