İlham Əliyev Astanaya gedib

Noyabrın 30-da prezident İlham Əliyev ATƏT-in sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya yola düşüb.

AzərTAc xəbər verir ki, İlham Əliyevi Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.