İrlandiyada kütləvi aksiyalar keçirilir

Bu gün İrlandiyada hökumətin sosial təzminatlar və digər büdcə xərclərini azaldmaq planına qarşı kütləvi aksiyalar keçirilir.

Həmkarlar İttifaqı hökumətə təzyiq göstərmək üçün əhalini nümayişlərə çağırıb.

İrlandiya hökuməti 4 il ərzində xərcləri 6 milyard avro azaltmaq və vergilərin artırılması hesabına 2 milyard avro qazanmaq istəyir.

Bu tədbirlər Dublinin Avropa Birliyi və BVF-dan kredit almasında şərtdir.