«Eurovision» müsabiqəsinin yeni icraçı direktoru təyin edilib

«Eurovision»

Avropa Yayımları Birliyi (EBU) «Eurovision» müsabiqəsinin yeni icraçı direktorunu seçib.

Bu vəzifəyə Yon Ola Sand təyin edilib. Y. O. Sand bu vəzifənin icrasına 2011-ci il yanvarın 1-dən başlayacaq. O, səkkiz il bu vəzifəni icra edən Svante Stokseliusu əvəz edəcək.

Bu vəzifəni icra etmək üçün təxminən 10 ölkədən 40-a yaxın şəxs namizədliyini irəli sürüb.

Y. O. Sand 15 il Norveçin NRK və TV2 televiziya kanallarında işləyib. O, həm də Beynəlxalq Televiziya Akademiyasının üzvüdür. Bu akademiya hər il «Emmy» mükafatının təşkilatçılığında iştirak edir.

1998-2005-ci illərdə Y. O. Sand Norveçin «Eurovision» nümayəndə heyətinin rəhbəri olub. 2005-ci ildən isə NRK-nın redaktor vəzifəsində çalışıb. / APA /