Pekin Vaşinqtonla Koreya münaqişəsinin müzakirəsinə başlayıb

Çin və ABŞ Seul və Pxenyan arasında qızışan gərginliyin necə aradan qaldırılması yollarını müzakirə etməyə başlayıblar.

Bir neçə gün əvvəl Şimalın Cənubun adalarını raket atəşinə tutuması ilə bu iki ölkə müharibə həddinə gəlib.

Noyabrın 26-da Çinin Xarici İşlər naziri Yang Jiechi telefonla ABŞ Dövlət katibi Hillari Klintonla danışıb. Çinin Xarici İşlər Nazirliyindən yayılan məlumatda deyilir ki, indi müzakirələrin əsas məqsədi vəziyyəti nəzarət altına almaq və belə hadisələrin bir daha təkrarlanmasına yol verməməkdir.

Bu gün Şimali Koreya bildirib ki, Cənubla ABŞ-ın bölgədə planlaşdırdıqları birgə hərbi təlim regiona yeni müharibə gətirir.