Rusiyanın Baş naziri Vladimir Putin ölkəsinin gələn il Dünya Ticarət Təşkilatına qoşula biləcəyini deyir. Noyabrın 26-da Berlində Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında Putin bildirib ki, artıq təşkilata üzvlük mümkündür və Moskva bunun gələn il başa çatmasını istəyir.