Prezident İlham Əliyev Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yeddi əməkdaşını mükafatlandırıb.
Dövlət başçısının noyabrın 26-da imzaladığı sərəncamla həmin muzeyin üç əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib. Bir əməkdaşa “Əməkdar rəssam”, daha üç əməkdaşa isə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adları verilib.