Kosmonavtlar Yerə endilər

Biri Rusiya, ikisi ABŞ-dan olan üç kosmonavt Yerə eniblər. İyunun 18-dən Beynəlxalq Kosmik Stansiyada xidmətdə olan kosmonavtlar noyabrın 26-da Qazaxıstanın Arkalık şəhəri yaxınlığında eniblər.

Onlardan sonra Beynəlxalq stansiyada biri ABŞ-dan, ikisi Rusiyadan olan üç kosmonavt qalır.