Həmsədrlər prezident İlham Əliyevlə görüşüblər

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 25-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub.

Həmsədrlər Azərbaycandan sonra Yerevana gedəcəklər.
Vasitəçilər dünən Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşüblər.