Tbilisidə istefa tələbi ilə aksiya keçirilir

Tbilisidə müxalifət parlamentin binası qarşısında hakimiyyətin istefası tələbi ilə aksiya keçirir.

Frans Press-in məlumatına görə aksiyada 7 mindən çox adam iştirak edir.
“Xalq məclisi” hərəkatının təşkil etdiyi etiraz aksiyasına bir sıra müxalifət partiyaları da qoşulub.

Aksiyaçılar xüsusilə prezident Mixeil Saakaşvilini ölkədə avtoritar rejim qurmaqda ittiham edirlər.