Əfqanıstanda parlament seçkisinin yekun nəticələri elan olunacaq

Noyabrın 24-də Əfqanıstanda parlament seçkilərinin yekun nəticələri elan olunacaq.
Seçkilər sentyabrda keçirilmişdi. Nəticələrin açıqlanması saxtalaşdırmaya dair şikayətlərə baxıldığından gecikirdi.

BMT-nin dəstəklədiyi şikayət komissiyası bir neçə gün əvvəl 21 namizədin qələbəsini ləğv edib.

Bu zaman ərzində 6 min müraciətə baxılıb, səslərin dörddə biri – 5.6 milyon səs müxtəlif pozuntulara görə etibarsız sayılıb.