Sarkisyanın Türkmənistana gedir

Ermənistan prezidenti Serj Sarkisyanın Türkmənistana iki günlük səfəri başlayır.

Türkmən mətbuatının yazdığına görə, Sarkisyan həmkarı Qurbanqulu Berdimuhamedov, o cümlədən Türkmənistan Məclisinin sədri Ajka Burberdiyevlə görüşəcək.

Səfər zamanı iki ölkə arasında münasibətlərin dərinləşməsini nəzərdə tutan sənədin imzalanması gözlənilir.