Azərbaycan əhalisinin yarısı internetdən istifadə edir

Azərbaycan əhalisinin 50%-i internet istifadəçidir ki, onun da 12%-i geniş zolaqlı internetə qoşulub. Bakutel2010 sərgi-konfransın açılışında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov belə deyib. Nazir 2012-ci ildə Azərbaycanda analoq TV-nin yayım rəqəmsal televiziya yayımı ilə əvəzlənəcəyini də əlavə edib.


«BakuTel-2010» sərgisində 16 ölkədən 115 şirkət iştirak edir. Sərginin açılışında prezident İlham Əliyev də iştirak edib.