Səudiyyə Kralı müalicə üçün ABŞ-a gedir

Səudiyyə Ərəbistanının Kralı Abdulla noyabrın 22-də mülaicə üçün ABŞ-a gedib. Yerli həkimlər onun onurğa diskində problemlər olduğunu bildirirlər. Kralın 86, ya da 87 yaşlarında olduğu guman edilir.

Dövlət televiziyası krelın ölkədə olmadığı müddətdə idarəetmə işlərini müdafiə nazirinə tapşırdığını bildirir. Bu nazirin özü də 80 yaşlarında bir adamdır.