Tarix Muzeyinin əməkdaşları təltif edildi

Milli Azərbaycan Tarixi Muzeyinin doqquz əməkdaşına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib.

Prezident İlham Əliyevin noyabrın 22-də imzaladığı sərəncamda onların ölkədə tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində xidmətlərinə görə təltif edildikləri qeyd olunur.

Prezidentin həmin gün imzaladığı başqa bir sərəncamla da həmin Muzeyin 13 əməkdaşına “Tərəqqi” medalı verilib.