Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirləri görüşüb

Noyabrın 22-də Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirləri görüşərək Qarabağ sülh danışıqlarının gedişini müzakirə ediblər. Üç nazir bu həftənin sonunda – noyabrın 27-də yenidən görüşmək qərarına gəliblər.

Adı çəkilən üç ölkənin prezidentinin sonuncu Həştərxan görüşündə Xarici İşlər nazirlərinə tapşırılıb ki, ATƏT-in Astana Sammitinə Qarabağ münaqişəsinin həllinə dair prinsiplər üzrə bir sənəd təqdim etsinlər. Qarabağ münaqişəsinin də müzakirəsi planlaşdırlan həmin Sammitin dekabrın əvvəlində keçirilməsi nəzərdə tutulur.