Macarıstan öz “kommunist satıb pulunu sel qurbanlarına verir

Macarıstan hökuməti özünün kommunist hakimiyyətindən qalma əşyalarını satışa çıxarıb. Əldə olunan gəlir də ölkənin keçən ay zəhərli seldən zərərçəkən əhaliyə yardım üçün xərclənəcək.

Hökumət Lenin və başqa kommunist liderlərin heykəlləri, portretlərinin satışından minlərlə dollar pul əldə ediləcəyini gözləyir. Əşyalar Ədliyyə Nazirliyinin binasında dekabrın 8-ə satışa çıxarılacaq.

Oktyabrın əvvəlində paytaxt Budapeştin mərkəzindən 160 kilometr kənarda yerləşən kimya zavodunun gölündə qəza baş vermişdi. O zaman ətrafa yayılan zəhərli seldən 10 nəfər həlak olmuş, yüzlərlə adam da evsiz qalmışdı.