NATO ölkələri Rusiyaya əməkdaşlıq təklif edəcəklər

NATO ölkələri Lissabon görüşündə Rusiyanı hava hücumlarından vahid müdafiə sisteminin qurulmasına qoşulmağa çağırmaq fikrindədirlər.

Bu gün sammit çərçivəsində ABŞ və Rusiya prezidentləri arasında keçiriləcək görüşdə bu məsələnin müzakirəsi gözlənilir.

Dünən sammitin ilk günündə belə bir sistemin yaradılması ilə bağlı razılıq əldə olunub.

Rusiyanın yeni sistemdə hansı rolu oynaya biləcəyi hələlik bəlli deyil.