Obama Saakaşvili ilə görüşəcək

Ağ Evdən verilən məlumata görə prezident Barak Obama noyabrın 20-də Lissabonda NATO sammiti çərçivəsində Gürcüstanın prezidenti Mixeil Saakaşvili ilə görüşəcək. Bu, 2009-cu ilin yanvarında hakimiyyətə gəlişindən bu yana Barak Obamanın Mixeil Saakaşvili ilə ilk təkbətək görüşüdür.

Saamitdə Rusiya prezidenti Dmitri Medvedevdə iştirka edəcək.

Azərbaycan prezidenti İlham Əliyev də NATO-nun bu görüşündə iştirak üçün Lissabona yola düşüb.

İki gün davam edəcək sammitdə bu hərbi alyansın 28 üzvü yaxın 10 illiyə strateji konsepsiyanı təsdiqləməlidir.