Barak Obama Lissabonda səfərdədir

ABŞ prezidenti Barak Obama NATO sammitində iştirak etmək üçün Lissabona gedib. Gözlənilir ki, sammitdə Əfqanıstanda yerləşən xarici qoşunların sayının azaldılmasının vaxtı diqqətdə olacaq.

Bu məqsədlərin 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulur. Ancaq Pentaqon rəsmisi Ceff Morrel noyabrın 18-də bildirib ki, beynəlxalq qüvvələrin bir hissəsi 2014-cü ildən sonra da Əfqanıstanda qala bilər.

Sammit iştirakçılarının NATO və Rusiya arasında münasibətləri gücləndirmək yollarını da müzakirə edəcəyi gözlənilir.

İki günlük forumda Rusiya prezidenti Dmitri Medvedev də iştirak edəcək.