Milli Kitab Müsabiqəsinin qalibi açıqlandı

Amerikanın ən nüfuzlu ədəbiyyat mükafatı – Milli Kitab Mükafatının bədii nəsr nominasiyası üzrə qalibi elan edilib.

Bu il mükafata “Lord of misrule” əsərinə görə yazıçı Ceymi Qordon layiq görülüb.

Bu, təkcə mükafatlandırma mərasiminə toplaşanların çoxu üçün yox, yazıçının özü üçün də sürpriz olub.

“Lord of misrule” - Baltimordan olan və müəllimə işləyən Qordonun dördüncü romanıdır.

“Mən bu xəbərə tamamilə hazırlıqsızam, bu mənim üçün tam bir sürpriz oldu” – deyə mükafatını almaq üçün səhnəyə qalxan yazıçı bildirib.

“Lord of misrule” romanı Vest Virciniyanın tozlu bir şəhərinin bir illik həyatından – şəhərdəki tapdaq-tapdaq olmuş cıdır meydanından, orada təşkil edilən 4 yarışdan, jokeylər, cinayətkar aləmdən qaynaqlanan pulları sələmlə verənlər, damirçilər və marginallaşmış başqa təbəqə nümayəndələrinin yaşayışından bəhs edir.

Kitabı kiçik bir nəşriyyat buraxıb. Qordon mükafatı almağa əsas namizədlərdən sayılmasa da, axır vaxtlar bir sıra nüfuzlu qəzetlərdə, o cümlədən Washington Post-da onun əsəri haqda müsbət resenziyalar çap edilməyə başlamışdı.

Mükafatın dəyəri 10 min dollardır.