Azərbaycan millisi Çernoqoriyada məğlub oldu

Noyabrın 17-də Çernoqoriyada bu ölkənin yığması ilə qarşılaşan Azərbaycan millisi 2:0 hesabı ilə məğlub olub.

Azərbaycanın qapısına vurulan hər iki qol ikinci hissədə qeydə alınıb. 61-ci dəqiqədə Luka Peyoviç, 12 dəqiqə sonra isə Fatoş Bekiray Kamran Ağayevin qapısına yol tapıb.